Rusiya qüvvələrinə casusluq etməkdə şübhəli bilinən qadın saxlanıldı - ÖZƏL
30 Dekabr 2022 12:14 Dünya"Luqansk Xalq Respublikasında (LPR) Svatovo şəhərinin qadın sakini Rusiya Silahlı Qüvvələri haqqında məlumatları xarici kəşfiyyat zabitlərinə ötürməkdə şübhəli bilinərək saxlanılıb".
Olaylar.az xəbər verir ki, bunu LPR təhlükəsizlik xidmətinin əməkdaşı bildirib.
"LPR-nin xüsusi xidmət orqanları Rusiya qoşunlarının və hərbi texnikasının hərəkəti haqqında məlumatları xarici kəşfiyyat zabitlərinə ötürməkdə şübhəli bilinən Svatovo sakinini saxlayıb", - təhlükəsizlik xidmətinin əməkdaşı bildirib.
Onun sözlərinə görə, qadının Svatovodan ötürdüyü məlumatlar Ukrayna qüvvələri tərəfindən mülki infrastruktura artilleriya zərbələri endirmək üçün istifadə oluna bilərdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31