Uşağı kəskin ağrılarla xəstəxanaya apardılar – Müayinə nəticələri həkimləri təəccübləndirdi

Səudiyyə Ərəbistanında qəribə hadisə baş verib.

Olaylar.az AZXEBER.COM-a istinadən xəbər verir ki, 9 yaşlı uşaq evdə elektrikli diş fırçasının başı ilə oynayarkən onu ağzına qoyub və udub. 

Bu vəziyyəti ailəsinə bildirməyən uşaq şiddətli ağrılar hiss etdiyi üçün xəstəxanaya aparılıb.

Rentgen müayinəsi zamanı uşağın bağırsağında hansısa əşyanın olduğu müəyyən edilib. Daha sonra məlum olub ki, bu obyekt elektrikli diş fırçasının başıdır.

Həkimlər oğlanın az qala ölüm ayağında olduğunu və onların diqqətsizliyinə görə valideynlərinə qəzəbləndiklərini bildiriblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31