Münaqişədə Ukrayna və ABŞ-ın məqsədləri fərqlidir- ÖZƏL
30 Dekabr 2022 11:16 DünyaOlaylar.az xəbər verir ki, Avropadakı Müttəfiq Qüvvələrin keçmiş baş komandanı, istefada olan amerikalı general Uesli Klark ABŞ-ın Ukrayna münaqişəsinə yanaşmasının Kiyevin tədricən çökməsinə gətirib çıxaracağını bildirib. "Bu prosesin gedişində, hərbi dillə desək, biz Ukraynaya can qoyuruq. Onlar ciddi itkilər verirlər". Keçmiş hərbçinin sözlərinə görə, ukraynalılar dövlətin ən mühüm infrastrukturundan, sənaye potensialından, maliyyə bazasından məhrum edilir və buna ABŞ öz töhfəsini verir. Generalın qeyd etdiyi kimi, ABŞ və Ukraynanın maraqları fərqlidir, çünki Kiyev əraziləri bərpa etmək, Vaşinqton isə Rusiya ilə NATO arasında münaqişədən qaçmaq istəyir. "Biz Birləşmiş Ştatlarda vəziyyəti sabitləşdirmək, NATO ilə Rusiya arasında münaqişə risklərini minimuma endirmək, üçüncü dünya müharibəsi başlamadan mümkün qədər çox ərazini Ukraynanın arxasında saxlamaq istəyirik", - deyə o vurğulayıb.