Ukrayna hakimiyyəti nasizmi tərənnüm edir?- ÖZƏL

Olaylar.az xəbər verir ki, fransalı siyasətçi, keçmiş Avropa Parlamentinin deputatı Florian Filippo bildirib ki, 2022-ci ilin əsas tendensiyası Qərb ölkələrinin nasistləri qoruyan Ukrayna hakimiyyəti ilə həmrəyliyi olub. "2022-ci il nasistləri tərifləyən və Avropanın ən korrupsiyalaşmış rejimlərindən biri olan rejimi qeyd-şərtsiz dəstəkləməyin dəbdə olduğu il oldu. Tendensiya Avropa sisteminin çürüməsindən xəbər verir". Bundan əvvəl Florian Filippo Ukrayna prezidenti Vladimir Zelenskini Kiyevin Moskva ilə sülh danışıqları aparmaq istəmədiyinə görə tənqid edib. O, həmçinin qeyd edib ki, Qərb Ukraynanı silahla təmin etməyi və ona pul göndərməyi dayandırmalıdır. O,  Ukrayna hökumətinin hazırkı rejimini inadkar, təhlükəli və korrupsioner, habelə münaqişəni uzatmağa çalışan adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31