Əfsanəvi futbolçu dünyasını dəyişdi

Braziliyanın əfsanəvi futbolçusu Pele vəfat edib.

Olaylar.az xəbər verir ki, bu barədə "Assoşeyited Press" məlumat yayıb.

Qeyd edək ki, Pele uzun müddət idi ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı. Son günlər vəziyyəti daha da ağırlaşmışdı.

Xatırladaq ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı futbolçusu elan edilib.

Hücumçu Braziliyanın "Santos" (1956-1974-cü illər) və Amerikanın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin "Rekordlar" kitabına düşüb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31