Serbiyada mühacirlərə qarşı əməliyyatda 109 nəfər saxlanılıb - ÖZƏL

Serbiyada mühacirlərə qarşı keçirilən əməliyyatda 109 nəfərin saxlanıldığı, onlardan 2-si haqqında beynəlxalq həbs qərarı çıxarıldığı bildirilib.

Olaylar.az bildirir ki, Serbiya polisindən verilən açıqlamada Macarıstan sərhədinə yaxın Subotiçada mühacirlərə qarşı əməliyyat keçirildiyi bildirilib.

Açıqlamada, əməliyyatda 2 nəfərin müxtəlif cinayətlərə görə beynəlxalq həbs qərarı olan 109 immiqrantın saxlanıldığı qeyd edilib.

Açıqlamada saxlanılanlardan 25-nin "təhlükəsizlik" səbəbi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilib, əməliyyat zamanı avtomat silah götürülüb.

Polis hadisə ilə bağlı əlavə təfərrüat paylaşmayıb.Serbiya Radio və Televiziyası (RTS) həbs edilən 2 nəfərin Fransa tərəfindən terror və digər ağır cinayətlərə görə axtarışda olan əfqan əsgərləri olduğunu iddia edib.

Macarıstan sərhədindəki Horqoşda keçirilən digər əməliyyatda tutulan 93 immiqrantın sığınacaq mərkəzinə aparılacağı bildirilib.

Balkan ölkəsi Serbiya qeyri-qanuni immiqrasiyaya qarşı mübarizədə Avstriya və Macarıstanın dəstəyi ilə fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31