ABŞ-la hərbi əlaqələr Pekin üçün nə qədər vacibdir? - ÖZƏL
29 Dekabr 2022 16:28 DünyaOlaylar.az xəbər verir ki,Çin üçün ABŞ ilə hərbi sahədə əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir . Bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefei bildirib .
"Çin tərəfi ABŞ-la hərbi sahədə, iş səviyyəsində əlaqələrin inkişafına böyük əhəmiyyət verir, iki ölkənin orduları arasında qarşılıqlı əlaqə dayanmayıb.
Tan Kefei ABŞ-ın Çinin maraqlarına zərər verməyi dayandırmalı olduğuna diqqət çəkib.
"Birləşmiş Ştatlar eyni zamanda dialoqun və hərbi sahədə əməkdaşlığın tam bərpasını tələb edə bilməz və eyni zamanda, Çinin maraqlarına daim zərər verə bilməz".
Bundan əvvəl Çin Müdafiə Nazirliyi Pentaqonun Çinin hərbi gücü ilə bağlı hesabatına görə ABŞ-a etiraz edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31