Arvad paltarı geyinib qadın tualetinə girdi, gizlin şəkillərini çəkdi

Amerikanın Texas ştatının Fort Uort şəhərinin sakini tualetə gələnlərin şəklini çəkmək üçün qadın paltarı geyinib.

Olaylar.az Milli.Az-a istinadən bildirir ki, bu barədə "New York Post" məlumat yayıb.

45 yaşlı Duqlas İqan qadın paltarı geyindiyinə, ticarət mərkəzinin tualetinə gizlicə girdiyinə və qadınları gizli şəkildə videoya çəkdiyinə görə həbs edilib. Ziyarətçilərdən biri kabinənin divarının altında cib telefonu görüb və qışqırıb.

Yoldan keçən şəxs müdaxilə edib, lakin qadın paltarını geyinən kişi onu bibər tapançası ilə hədələyib və qaçmağa çalışıb. Cinayətkar hadisə yerinə gələn polis tərəfindən saxlanılıb.

Amerikalı ölümcül silahla ağır hücum və qeyri-qanuni fotoşəkil çəkməkdə ittiham olunub. İqan Tarrent dairəsi islah mərkəzində saxlanılır. Onun azadlığa buraxılması üçün girov məbləği 30 min dollardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31