Ukraynadan atılan raket Belarus ərazisinə düşdü
29 Dekabr 2022 15:55 DünyaUkrayna Silahlı Qüvvələrinə məxsus S-300 zenit raket sisteminə (ZRS) aid raket Belarus ərazisinə düşüb.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə "BELTA" məlumat yayıb.
"Bu gün səhər saat 10:00-11:00 aralığında Ukrayna ərazisindən S-300 sistemi vasitəsilə atılan raket Belarus ərazisinə düşüb", - məlumatda deyilir.
Həmçinin əlavə olunub ki, yaranmış fövqəladə vəziyyətlə bağlı Belarus Prezidenti Aleksandr Lukaşenko məlumatlandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31