Saratov vilayətində hava hücumundan müdafiə vasitələri naməlum obyekti məhv edib - ÖZƏL
29 Dekabr 2022 15:51 Dünya"Hava hücumundan müdafiə qüvvələri Saratov vilayətinin Engels rayonunda naməlum obyekti məhv edib".
Olaylar.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Roman Busargin bildirib.
"Engels rayonu ərazisində hava hücumundan müdafiə vasitələri işləyirdi. Naməlum obyekt məhv edilib. Hadisə yerinə fövqəladə xidmətlər göndərilib. Sakinlərin təhlükəsizliyinə heç bir təhlükə yoxdur", - qubernator bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31