Ukraynanın elektriklə bağlı vəziyyəti getdikcə gərginləşir - ÖZƏL

Olaylar.az xəbər verir ki,Ukraynanın Energetika Nazirliyinin rəhbəri Herman Qaluşenko generasiya qurğularına və elektrik şəbəkələrinə ziyan vurduğunu açıqlayıb. Bu barədə o, Facebook səhifəsində yazıb.

"İstehsal qurğularına və elektrik şəbəkələrinə müəyyən ziyan dəyib", - deyə Qaluşenko bildirib.

Nazirin sözlərinə görə, Ukraynanın qərbində, eləcə də Odessa və Kiyev vilayətlərində enerji təchizatı ilə bağlı "çətin vəziyyət" yaranır. Elektrik enerjisinin kəsilməsi mümkündür.
Energetiklər artıq enerji təchizatının bərpası üzərində işləyirlər.

Dekabrın 22-də Ukraynanın "Ukrenerqo" milli enerji şirkəti elan edib ki, Ukraynanın enerji sistemində elektrik enerjisinin ötürülməsinə məhdudiyyətlər magistral şəbəkələrin zədələnməsi səbəbindən qalmaqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31