ABŞ Ukrayna ordusunu dəstəkləmək üçün mülki peyklərdən istifadə edir - ÖZƏL

"ABŞ və onun NATO müttəfiqləri Ukraynada Kiyev qüvvələrinə döyüşlərdə dəstək vermək üçün mülki peyklərdən istifadə edərək innovativ komanda və idarəetmə sistemini sınaqdan keçirir".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Biz beynəlxalq ictimaiyyətin diqqətini Ukraynadakı xüsusi hərbi əməliyyat fonunda formalaşan yeni tendensiyaya cəlb etmək üçün BMT-nin Kosmosdan Sülh Məqsədli İstifadə Komitəsinin imkanlarından fəal şəkildə istifadə etdik. ABŞ və onun NATO-dakı müttəfiqləri Ukrayna silahlı qüvvələrinə döyüş dəstəyi üçün mülki kommersiya peyklərindən və əlaqədar yerüstü infrastrukturdan istifadə edirlər" - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31