Ermənistanda sürətlə "donuz qripi" yayılır
29 Dekabr 2022 14:54 DünyaErmənistanda yenidən H1N1 ("donuz qripi") qrip virusu yayılıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Anait Avanesyan bildirib.
Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət nisbətən stabilləşsə də, qripə yoluxmalar artır: "Qripə yoluxma həmişə olduğu kimi, qış aylarında artır, lakin son iki-üç il ərzində koronavirus pandemiyasına görə bu virus ikinci plana keçmişdi. Hazırda H1N1 ("donuz qripi") qripinin ştammı artır və kifayət qədər təhlükəlidir".
Nazir 12 yaşına kimi uşaqların və xroniki xəstəliyi olan vətəndaşların vaksinasiya olunmasının vacibliyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31