2023-cü il Rusiyada tərəqqi ili olacaq - ÖZƏL

"Rusiyanın siyasi sistemi və iqtisadi modeli sanksiyalara tab gətirdi və 2023-cü il problemlərə baxmayaraq, tərəqqi ili olmalıdır".

Olaylar.az xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

Siyasətçi xatırladıb ki, ABŞ və Avropa İttifaqı Rusiya iqtisadiyyatının 2022-ci ildə inflyasiya 100%-dən çox, dolların məzənnəsi 200 rubl və ÜDM-də 25% azalma ilə çökəcəyini gözləyirdi, lakin bu planlar heç vaxt baş tutmadı:

"Ölkəmizə qarşı misli görünməmiş təzyiqlərə və 13 000-dən çox sanksiya tətbiq edilməsinə baxmayaraq, prezidentimizin qurduğu siyasi sistem və iqtisadi model sağ qaldı və effektivliyini sübut etdi", - Volodin bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31