Krım körpüsü bu tarixdə bərpa ediləcək - ÖZƏL

Olaylar.az xəbər verir ki,Krım körpüsü ilə yükdaşımaların hərəkətinə gələn ilin martına kimi start veriləcəyi gözlənilir. Bu barədə Krım Respublikasının baş naziri Yuri Qotsanyuk öz Teleqram kanalında məlumat verib .

"Maksimum təhlükəsizliyin təmin edilməsi üçün kompleks tədbirlər həyata keçirildikdən sonra ağır yük avtomobillərinin hərəkəti bərpa olunacaq. İlkin olaraq, körpüdə yük daşımaları mart ayına kimi bərpa olunacaq".

Oktyabrın 8-də səhər saatlarında Milli Antiterror Komitəsi Krım körpüsündə yük maşınının partladılması barədə məlumat yayıb. Partlayış dəmir yolu qatarının yeddi yanacaq çəninin alışmasına səbəb olub, körpünün avtomobil hissəsinin iki keçidi uçub, beş nəfər ölüb.

İndi Krım körpüsündə hərəkət adi rejimdə həyata keçirilir. Oradan avtomobillər və avtobuslar keçə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31