Baydenin Ukrayna böhranı ilə bağlı açıqlamaları məntiqsizdir - ÖZƏL

"ABŞ prezidenti Co Baydenin Ukrayna ilə bağlı açıqlamaları məntiqsizdir".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Prezident Bayden deyir ki, Ukrayna 3-cü Dünya Müharibəsinin qarşısını almaq üçün qələbə qazanmalıdır. Mən məntiqi tam başa düşə bilmirəm, çünki o, həm də deyir ki, biz Rusiyaya qarşı birbaşa döyüşməyəcəyik, çünki bu, Üçüncü Dünya Müharibəsi demək olacaq. Sonra da deyir ki, bunun qarşısını almaq üçün Ukrayna qələbəni təmin etməlidir", - Lavrov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31