Türkiyənin Suriyada tək məqsədi terrorla mübarizədir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Moskvada rusiyalı və suriyalı həmkarları ilə görüşdən sonra bildirib  ki, Ankara Suriyanın ərazi bütövlüyünə hörmət edir və yeganə məqsədi terrorla mübarizədir.
"Görüşdə qaldırdığımız ən mühüm məsələlərdən biri terrorizmlə mübarizə idi. Başda Suriya və İraq olmaqla bütün qonşularımızın ərazi bütövlüyünə və suveren hüquqlarına hörmət etdiyimizi, yeganə məqsədimizin terrorla mübarizə olduğunu, başqa hədəflərimizin olmadığını vurğuladıq", - deyə Akar bildirib.

O qeyd edib ki, Türkiyə Suriya üçün də təhlükə yaradan PKK /YPG (Türkiyədə qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası) və İŞİD (Rusiyada qadağan olunmuş təşkilat)  terror təşkilatlarının üzvlərini zərərsizləşdirməyə çalışır. . Ankara bu iş çərçivəsində ölkəsinin və xalqının təhlükəsizliyini təmin etmək, eləcə də Suriyadan Türkiyəyə gələcək miqrasiyanın qarşısını almaq üçün hər cür səy göstərir.

Dekabrın 28-də Moskvada Rusiya Federasiyasının müdafiə nazirləri Sergey Şoyqu , Suriyanın Hulusi Akar və Türkiyənin müdafiə nazirləri Əli Mahmud Abbas arasında görüş keçirilib . Rusiya  Müdafiə Nazirliyi bildirib ki, danışıqlarda Suriya böhranının həlli yolları və qaçqınlar problemi ilə bağlı məsələlər qaldırılıb, həmçinin Suriyada ekstremist qruplarla mübarizədə birgə səylər müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31