Suriya və Türkiyə müdafiə rəhbərləri arasında danışıqlar prezident sammitinə yol açır – ÖZƏL

"Suriya və Türkiyə müdafiə nazirləri arasında Moskvada baş tutan görüş daha çox ünsiyyət üçün zəmin yaradacaq".

Olaylar.az xəbər verir ki, bunu Livanlı analitik Nidal Sabi bildirib.
"Suriya və Türkiyə müdafiə nazirləri Əli Abbas və Hulusi Akarın 12 illik fasilədən sonra apardıqları danışıqlar iki ölkə arasında münasibətlərdə tarixi sıçrayışa imza atdı. İki ölkənin müdafiə nazirləri arasında dialoqun bərpası yaxın gələcəkdə prezidentlər Bəşər Əsəd və Rəcəb Tayyib Ərdoğan arasında yüksək səviyyəli görüşə yol açır", - ekspert əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31