ABŞ İranın pilotsuz təyyarə hazırlamasının qarşısını alacaq? - ÖZƏL
29 Dekabr 2022 11:05 DünyaQərb ölkələri İrandan Rusiyaya pilotsuz təyyarələrin çatdırılmasına dair sübut təqdim etməyiblər . Olaylar.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov deyib .
"Qərblilər BMT Təhlükəsizlik Şurasında guya İran "dron"larının Rusiyaya çatdırılması ilə bağlı hay-küy salıblar" deyən nazir əlavə edib ki, hər zamankı kimi, hər şey yüksək ehtimal üslubundadır. Lakin,fakt verə bilmirlər və cəhd etmirlər".
Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) sözçüsü Adrianne Watson " The New York Times" qəzetinə verdiyi son müsahibədə deyib ki, ABŞ İranın pilotsuz təyyarələr hazırlamasının qarşısını almağa çalışır. O qeyd edib ki, Ağ Evin planı üç bənddən ibarətdir - Tehranı Qərb hissələri və komponentlərindən məhrum etmək lazımdır, Kiyev isə Rusiya tərəfindən guya İran pilotsuz təyyarələrinin buraxılış məntəqələri və onlarla mübarizə üçün vəsait haqqında məlumatla təmin olunub.
"The New York Times" yazır ki, Birləşmiş Ştatlar " Ukraynanın bütün mümkün vasitələrdən - güllələrdən tutmuş raketlərə kimi onları vurmaq şansını artırmaq "
məqsədilə pilotsuz təyyarələrin erkən xəbərdar edilməsi texnologiyalarının işlənib hazırlanmasını sürətləndirmək niyyətindədir ".