ABŞ Rusiya-Ukrayna müharibəsinin uzanmasında maraqlıdır - ÖZƏL
29 Dekabr 2022 10:35 DünyaABŞ-dan geri dönərkən yolda Zelenski Patriot raketdən müdafiə sistemlərinin verilməsi və maliyyə yardımlarının davam etdirələcəyi barədə danışarkən mütəxəssislərin hələ də baş sındırdıqları bir cümlə də işlətdi: "Digər razılaşmalar da var. Onlar haqqında hələlik danışmaq tezdir." Bu nəyə işarədir? Rusiyaya qarşı digər NATO ölkələri də döyüşə başlayırmı? Yaxud Patriotdan başqa daha güclü silahların verilməsi qərara alınıb? Politoloq Əlimusa İbrahimov "Olaylar"a deyib ki, bəlkə də Zelenski növbəti blefini edir. Axı son günlər Ukrayna ordusunun da müharibədən yorulması barədə cəbhədən xəbərlər gəlməkdədir: "Bu "digər razılaşmalar" bəlkə Ukrayna hərbçilərinin döyüş ruhunu daha da yüksəltmək üçün istifadəyə buraxılan şayiədir? Yaxud qarşı tərəfdə çaşqınlıq yaratmaq məqsədi ilə ortaya atılan manevrdir? Ümumiyyətlə müharibənin qızğın vaxtında Zelenskinin ABŞ-a səfərindən məqsəd nə idi? Konqresdə çıxış etməkmi? Patriotların açarını şəxsən Baydenin özündən almaqmı? Maliyyə yardımının kəsilməyəcəyinə əmin olmaqmı? Təbii ki, yox. Bütün bunlara Zelenski ABŞ-a səfərdən qabaq nail olmuşdu. Elə isə Zelenski çox ciddi, həm də elan edilməsi hələlik mümkün olmayan bir missiya ilə əlaqədar Ağ Evə çağırılrb. Bu nə ola bilərdi? Təbii ki, Ukrayna Prezidentini müharibəni davam etdirməyə inandırmaqdan başqa bir şey gəlmir adamın ağlına. Ağ Evi onun Rusiya ilə danışıqlara getmək ehtimalı natrahat edirdi. Orada oturanlar isə müharibənin bu tezliklə bitirmək üçün başlatmamışdılar".
Politoloq əlavə edib ki, ABŞ Rusiya-Ukrayna müharibəsinin uzanmasında maraqlıdır: "Bu müharibə ona görə başlamayıb ki, qısa müddıətdə bitsin. ABŞ Rusiyanı Ukraynanın əli ilə iqtisadi, hərbi, siyasi sahədə çökdürmək istəyir. Avropanın yenidə qurulmaqda olan təhlükəsizliyi arxitekturasında Rusiyanın yeri yoxdur, Vaşinqtonun fikrincə. Avropa Rusiyanın deyil, Amerikanın strategiyasına qoşulmalıdır. Məhz buna görə də Ağ Ev əlinə düşən imkandan istifadə edərək müharibəni sona qədər, Ukraynanın qələbəsinə qədər davam etdirmək istəyir. Bu məsələdə Zelenskidən yaxşı fiqur yoxdur . Ona görə də o Vaşinqtona çağırıldı və Ukrayna prezidentinə əvvəllər verilən vədlər təzələndi, bu vədlərin yerinə yetiriləcəyinə zəmanət verildi və yeni üfüqlər göstərildi. Zelenski geri dönərkən daha yüksək əhval ruhiyyədə idi. Sanki müharibənin daha da uzanması yalnız Rusiyanın zəifləməsi ilə nəticələnəcək. Bəs Ukraynanın məruz qaldığı dağıntılar, müharibədə həlak olan minlərlə insan?"