Qara Dəniz Taxıl Təşəbbüsü üzrə yeni koordinator AÇIQLANDI

BMT-nin baş katibi Antonio Quterreş Abdulla Abdul Səməd Dəşti Qara dəniz üzrə taxıl təşəbbüsünün yeni koordinatoru təyin edib.

Olaylar.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

"BMT-nin baş katibi Antonio Quterreş bu gün Küveytdən Abdulla Abdul Səməd Dəştinin BMT-nin Qara Dəniz Taxıl Təşəbbüsü üzrə koordinatoru təyin edildiyini açıqlayıb", - məlumatda bildirilir.

2022-ci ilin avqustundan bu vəzifəni sudanlı Əmir Mahmud Abdulla tuturdu. Quterreş ona liderliyinə, işinə və təşəbbüsə sadiqliyinə görə təşəkkür edib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə Ukrayna ərazisindəki üç limandan - Çernomorsk, Odessa və Cənub limanlarından taxıl ixracı üçün dəhlizin yaradılmasına dair sənədlər imzalanıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31