"İranın nüvə obyektlərinə hazırlaşdığımız hücumda iştirak edə bilərsiniz" - İsrail müdafiə naziri
28 Dekabr 2022 23:08 Dünyaİsrail İrana hücum hazırlığını artırıb.
Olaylar.az xəbər verir ki, bunu İsrail müdafiə naziri Benni Qantz deyib.
Hərbi Hava Qüvvələrinin məzuniyyət mərasimində danışan Qantz bir gün pilotların belə bir hücumda iştirak etmək üçün çağırıla biləcəyini söyləyib:
"Siz iki-üç ildən sonra şərqdə səmanı keçib İranın nüvə obyektlərinə hazırlaşdığımız hücumda iştirak edə bilərsiniz, eyni zamanda son illərdə hazırlığımız xeyli artırılıb".
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Aviv Koçavi İrana əməliyyat üçün hazırlıq səviyyəsinin kəskin kəskin yüksəldiyini bildirmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31