"Ukraynanın müstəqilliyinə qarşı çıxmağa çalışanlar cavabını alacaq" - Zelenski
28 Dekabr 2022 22:13 DünyaƏgər kimsə Ukraynanın müstəqilliyinə qarşı - siyasi, iqtisadi və ya mənəvi - çıxsa, o, dərhal və sərt cavabını alacaq.
Olaylar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski söyləyib ki, ukraynalılar öz birliyini qorumalıdırlar:
"Hər hansı şəxsi emosiyalara, şəxsi maraqlara baxmayaraq, biz bunu əziz tutmalıyıq. İndi bu, bizə cəmiyyəti, dövlətimizi gücləndirməyə, birlikdə qalib gəlməyə, çoxəsrlik tariximizin mənfi tendensiyalarını dəyişməyə imkan verən birlikdir. Birlik nə qədər güclü olsa, sizinlə qələbəmiz bir o qədər böyük və daha sürətli olacaqdır".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31