Çində sıx duman: 200 avtomobil toqquşdu - ÖZƏL
28 Dekabr 2022 21:54 DünyaÇinin Zhengzhou şəhərində qatı duman səbəbindən azı 200 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb.
Çinin Henan əyalətinin paytaxtı Zhengzhou şəhərində təsirli olan qatı duman, Sarı çay üzərindəki magistral körpüdə zəncirvari qəzaya səbəb olub. Ən azı 200 avtomobilin bir-biri ilə toqquşduğu qəzada onlarla minik və yük maşını bir araya gəlib. Yerli mənbələrdən verilən açıqlamada qəza nəticəsində 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. Qəzada yaralananlar saatlarla maşınlarında sıxışıb qalarkən, hadisə yerinə 11 yanğınsöndürən maşını və 66 nəfərlik xilasetmə qrupu göndərilib.
Bildirilib ki, duman səbəbindən görmə məsafəsi təxminən 200 metrə düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31