Prezident Administrasiyası rəhbərinin müavini Zaporjye Atom Elektrik Stansiyasına getdi
28 Dekabr 2022 21:43 DünyaRusiya Prezident Administrasiyası rəhbərinin müavini və "Rosatom"un keçmiş rəhbəri Sergey Kiriyenko Zaporjye Atom Elektrik Stansiyasına gedib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya tərəfindən Zaporojye vilayətinin nümayəndəsi təyin edilmiş Vladimir Roqov məlumat verib.
"Ən böyük diqqət stansiyanın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə, həmçinin AES-lərin etibarlılığının və məhsuldarlığının yaxşılaşdırılması üçün görülən tədbirlərə, habelə "Rosatom" işçilərinin iş şəraitinə yönəldilib", - Roqov qeyd edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31