Rusiya Federasiyasına cəsusluq edən alman kəşfiyyatçı ifşa olundu- ÖZƏL

Olaylar.az xəbər verir ki, daha əvvəl Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılan Almaniya Federal Kəşfiyyat Xidmətinin əməkdaşı Karsten L. Berlinlə əməkdaşlıq edən Qərb kəşfiyyatının xəbəri əsasında ifşa edilib.  Nəşrin məlumatına görə, bir neçə həftə əvvəl xarici kəşfiyyat Rusiya tərəfinin BND ilə əlaqəli məlumatları tapıb. Bununla hansı strukturun əlaqəli ola biləcəyi göstərilmir. Nəşrin məlumatına görə, söhbət Rusiya ilə bağlı məlumatları özündə əks etdirən bir neçə sənəddən gedir. Xarici kəşfiyyat orqanının xəbərdarlığı sayəsində Almaniya Federal Kəşfiyyat Xidmətinin əməkdaşları sızma faktını müəyyən edə biliblər. Qeyd edək ki, bir müddət əvvəl alman mətbuatı bir alman kəşfiyyatçısının Rusiyaya işləməkdə şübhəli bilinərək saxlanıldığını bildirib. Onların fikrincə, müəyyən Karsten L. Ukraynadakı vəziyyətlə bağlı məxfi məlumat ötürüb. Onun şantaj oluna biləcəyi ehtimal edilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31