ABŞ Ukraynanın elektrik şəbəkəsini dəstəkləməkdə niyə -çətinlik çəkir? - ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ və digər Qərb ölkələri Ukraynanın enerji sisteminə yardım göstərməkdə bəzi çətinliklərlə üzləşirlər. Bu barədə ABŞ rəsmisinə istinadən CNN məlumat yayıb. Səbəb qlobal təchizat zəncirlərində avadanlıq çatışmazlığı ola bilər. Rəsmi bildirib ki, bir həftə əvvəl Ukrayna ölkənin elektrik sistemini dəstəkləmək üçün milyonlarla dollarlıq proqram çərçivəsində ABŞ-dan bir partiya elektrik avadanlıqları alıb. "Lakin ABŞ və onun tərəfdaşları Ukraynanın paytaxtı Kiyevin bu qış elektrik və istiliklə təmin etmək üçün lazım olan hər şeyə malik olmasını təmin etməyə çalışsalar da, onlar qlobal təchizat zəncirindəki problemlərlə hesablaşmaq məcburiyyətində qalacaqlar ". Hazırda, qeyd edildiyi kimi, Amerika tərəfi avadanlıq çatışmazlığını azaltmaq üçün əlindən gələni edir. Digər problemlər arasında Amerikanın enerji təchizatı sistemlərinin Ukrayna şəbəkəsi ilə uyğunsuzluğu da var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31