Ermənistan hərbi vəziyyət haqqında qanuna dəyişiklik istəyir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanda "Hərbi vəziyyətin hüquqi rejimi haqqında" qanuna müvafiq dəyişikliklərin edilməsi təklif edilir. Ədliyyə Nazirliyi ölkədə hərbi vəziyyətin tətbiq olunacağı təqdirdə internetə çıxışı məhdudlaşdırmağa çağırıb. Layihə ictimai müzakirəyə çıxarılıb. Söhbət internet saytlarının, sosial şəbəkələrin, internet proqramlarının bloklanmasından, həmçinin internetə çıxışın qismən və ya tam məhdudlaşdırılmasından gedir. Qanun layihəsi hökumət tərəfindən təsdiqlənərsə, parlamentə göndəriləcək. 

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə dekabrın 12-dən bağlı qalan Laçın dəhlizində vəziyyətin nizamlanması məsələsini müzakirə etmək istədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31