Avropada qaz qiymətləri 2023-cü ildə yüksək olaraq qalacaq- ÖZƏL
28 Dekabr 2022 14:08 DünyaOlaylar.az xəbər verir ki, Almaniyanın vitse-kansleri Robert Habek 2023-cü ildə qazın qiymətlərinin yüksək olacağını və yalnız ilin sonunda ucuzlaşacağını bildirib. Onun sözlərinə görə, gələn il Almaniyada üzən qaz terminalları olan infrastruktur o qədər genişləndiriləcək ki, ölkə LNG çatışmazlığını kompensasiya edə bilsin. Habek daha əvvəl bildirmişdi ki, Aİ-nin energetika nazirləri çərşənbə axşamı Brüsseldə keçirilən iclasda qazın qiymətinin yuxarı həddinin tətbiqi ilə bağlı texniki məsələlərdə irəliləyiş əldə ediblər. Onun sözlərinə görə, bir sıra suallara "bu gün aydınlıq gətirilə bilməz və qapalı qalmalıdır". Almaniya vitse-kanslerinin qeyd etdiyi kimi, qazın qiymətinin yuxarı həddi məsələsi son dərəcə incədir həssadır. Energetika nazirləri dekabrın 19-da bu məsələni müzakirə etməyə davam edəcəklər.