Özbəkistanda Hind istehsalı dərmandan körpələr vəfat edib
28 Dekabr 2022 12:02 DünyaÖzbəkistanın Səmərqənd Vilayətində Hindistanda Marion Biotech Pvt. Ltd, şirkəti tərəfindən istehsal edilən Dok -1 Max dərmanını qəbul edən 18 körpə az zaman içində vəfat edib. Aparılan təhqiqat nəticəsində məlum olub ki. körpələr dərmanın tərkibində olan son dərəcə zəhərli etilenqlikol maddəsi səbəbilə dünyalarını dəyişiblər.Dok-1 Max dərmanı maye və həb şəkilində istehsal edilir və soyuqdəymə hallarında istifadə edilir. Həkimlərin təcili müdaxiləsi nəticəsində vəziyyəti ağırlaşan körpələrinin əksəriyyətinin həyatını xilas etmək mümkün olub ancaq təəssüf ki. ölüm hallarının qarşısını almaqda həkimlərin səyi fayda verməyib. Həkimlər dərmanın uşaqların valideynləri tərəfindən həkim məsləhəti olmadan tətbiq edildiyini vurqulayıblar. Dərman satışdan çıxarılıb. Hadisə ilə əlaqədar cinayət işi açılıb.