Qətərdən MARAQLI ADDIM - FOTO
27 Dekabr 2022 23:50 DünyaQətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisi turnir zamanı Qətər Universitetinin kampusunda yerləşib.
Olaylar.az sfera-ya istinadən xəbər verir ki, komandanın lideri Lionel Messi B201 nömrəli otaqda qalıb. Otağın qapısında "L. Messi" yazılıb.
Məlumatına görə, universitet rəhbəliyi bu otağı mini muzeyə çevriəcək. Ziyarətçilər argentinalı ulduzun hansı şəraitdə yaşadığını dəqiq görmələri üçün otağın interyeri heç bir şəkildə dəyişdirilməyəcək.
Eyni zamanda, muzey otağının bir az da bəzədilməsi istisna edilmir.
Xatırladaq ki, dünya çempionatının finalında Argentina millisi Fransanı penaltilər seriyasında məğlub edib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31