Qarabağdakı erməni silahlılar “mülki” oldular - VİDEO
27 Dekabr 2022 14:40 DünyaErməni silahlı birləşmələrinin Qarabağdakı qalıqları yenidən fəallaşıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu dəfə onlar mülki geyimdə azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri aksiyaya qarşı çıxıblar.
Erməni silahlılarının görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Əyinlərinə mülki paltarlar geyinmələrinə baxmayaraq, hərbi formada döyüş postundakı fotoları da paylaşımlarda yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31