Çin iqtisadiyyatı ABŞ-ı bu tarixdə geridə qoyacaq- ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin iqtisadiyyatının ABŞ-ı keçəcəyi vaxtı altı il - 2036-cı ildə təxirə salıblar. Bu barədə Britaniya İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzinin (CEBR) ekspertləri məlumat verib. Mütəxəssislər Çin iqtisadiyyatının yavaşlamasına səbəb kimi koronavirus pandemiyasını və COVID-19-a qarşı "sıfır tolerantlıq" siyasətini, habelə Çin və onun Qərb ticarət tərəfdaşları arasında artan gərginliyi göstərirlər. Bundan əlavə, 2023-cü ildə qlobal iqtisadiyyatı güclü tənəzzül gözləyir. "İnflyasiya ilə mübarizədə hələ qalib gəlməyib. Mərkəzi bankların iqtisadi xərclərə baxmayaraq, 2023-cü ildə də öz mövqelərinə sadiq qalacağını gözləyirik. İnflyasiyanın daha rahat səviyyəyə endirilməsinin dəyəri növbəti bir neçə il ərzində zəif artım perspektivləridir. Rusiyaya gəldikdə, CEBR-in proqnozu belədir: 2022-ci ildə Rusiya iqtisadiyyatı 5%, 2023-cü ildə - 2,8% itirəcək, 2024-cü ildə isə sabitləşəcək və on il ərzində ildə 1,3% artacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31