Rusiya Qərbi nüvə sahəsində maksimum təmkin nümayiş etdirməyə çağırır - ÖZƏL

Rusiya Qərbi nüvə sahəsində maksimum təmkinli olmağa çağırır, nüvə müharibəsinin yolverilməzliyi postulatına sadiq qalmaq vacibdir". 

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz Qərbi bu yüksək həssas sahədə maksimum təmkin nümayiş etdirməyə çağırmaqda davam edirik. Nüvə risklərini minimuma endirmək üçün nüvə silahına malik beş dövlətin birgə bəyanatında bir daha təsdiqlənmiş nüvə müharibəsinin yolverilməzliyi postulatına faktiki olaraq sadiq qalmaq vacibdir. Sənədin məntiqinə uyğun olaraq, nüvə gücləri arasında istənilən hərbi qarşıdurmanın qarşısı alınmalıdır, çünki bu, potensial fəlakətlə doludur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31