Fransa səfiri hansı səbəblə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb?- ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransanın Ankaradakı səfiri Herve Maqro Parisdə kürdlərin aksiyaları zamanı "anti-Türkiyə təbliğatı" ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. "Fransanın Ankaradakı səfiri Herve Maqro bu gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı və PKK/PYD/YPG dairələrinin Parisdə bir fransızın hücumu bəhanəsi ilə ölkəmizə qarşı başlatdığı qara təbliğata münasibətimiz ifadə edildi. Dekabrın 23-də Fransa dövlət rəsmilərinin və bəzi siyasətçilərin də bu təbliğatda iştirakı və reaksiyamız vurğulanıb", - deyə mənbə bildirib. 

Ankaranın buna reaksiyasını Türkiyənin Parisdəki səfirliyi də Fransa rəsmilərinə bildirib. Fransa səfiri Ankaranın mövqeyi barədə məlumatlandırılıb ki, terror təşkilatının Paris küçələrində törətdiyi zorakılıq aktlarının Fransa hökuməti və ictimai rəyi tərəfindən düzgün təhlil edilməsi faydalı olacaq. Dekabrın 23-də bir nəfər Parisin 10-cu rayonunda kürdlərin mədəniyyət mərkəzinin yaxınlığındakı küçədə atəş açıb. Atışma nəticəsində 3 nəfər həlak olub, zərərçəkənlərdən ikisinin vəziyyəti ağır, daha iki nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Cinayətkar həbs edilib. Bundan sonra kürdlər, onların fikrincə, kürd icmasına qarşı yönəlmiş atışma səbəbindən etiraz etmək üçün Respublika meydanına çıxıblar. Etirazçılar atışmada Türkiyəni günahlandırıb və Türkiyə əleyhinə şüarlar səsləndiriblər. İğtişaşlar nəticəsində nümayişdə 31 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, 11 etirazçı saxlanılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31