"Pandemiya sona çatır" - Kristian Drossen

Almaniyada COVID-19 pandemiyası sona çatır.

Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Hökumətinin Koronavirus Şurasının üzvü Kristian Drossen məlumat yayıb.

O bildirib ki, bu qış koronavirusun ilk endemik dalğasını yaşayırlar. Bu isə pandemiyanın sona çatdığını göstərir:

"Qışın sonunda əhalidə COVID-19-a qarşı immunitet çox güclü və sabit olacaq. Ona görə də yayda virusun kütləvi şəkildə yayılma ehtimalı azdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31