"İnfarkt həyatımda baş verən ən yaxşı hadisələrdən biridir" - Məşhur ispan aktyor

İspan aktyoru Antonio Banderas "Page Six"ə verdiyi son müsahibə zamanı həyata yeni baxışla bir təcrübədən necə uzaqlaşdığı barədə danışıb.

Olaylar.az  sfera.az-a istinadən bildirir ki, Banderasın sözlərinə görə, keçirdiyi infarkt onun həyatında baş verən ən yaxşı hadisələrdən biridir.

"Mən başa düşdüm ki, bu, həyatımda baş verən ən yaxşı şeylərdən biridir, çünki hər gün nəyə görə narahat olurdumsa, qalan hər şey mənasız oldu. Fikirləşdim: "Niyə ölümdən qorxuram? Həmişə bunun olacağını bilirdim, amma indi hiss etdim"- aktyor deyib.

Xatırladaq ki, Banderas bu yaxınlarda yenidən "Son arzu" cizgi filmi üçün Çəkməli Pişiyi səsləndirmişdi. O, həmçinin DreamWorks animasiyasının beşinci hissəsində Şrekin qayıdışına eyham vurub.

Bundan əlavə, 1998-ci ildə çəkilmiş "Zorro maskası" filmində rol almış 62 yaşlı Antonio Banderas hesab edir ki, Zorronun sərgüzəştlərinin yenidən çəkilərsə, bu rolun öhdəsindən ən yaxşı Tom Holland gələ bilər.

Açıklama yok.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31