Selfi çəkdirmək istəyərkən öldü

Türkiyədə bir rusiyalı selfi çəkdirmək istəyərkən ölüb.

Olaylar.az Milli.Az-a istinadən bildirir ki, bu barədə yerli "Pusuxaber" nəşri məlumat yayıb.

Hadisə dekabrın 25-də baş verib. Serik şəhərində qalan Rusiya vətəndaşları - 35 yaşlı Stanislav İvançenko, 54 yaşlı Nataliya Filimonova və 34 yaşlı Anna Filimonova Antalyanın Köprülü Kanyonuna gəzintiyə çıxıblar. Çəkiliş zamanı kişi müvazinətini itirərək 35 metrlik qayadan yıxılıb.

Qeyd olunub ki, İvançenko yıxıldıqdan dərhal sonra dünyasını dəyişib. Hadisə yerinə baxış keçirildikdən sonra meyit yarılmaq üçün Məhkəmə Tibb İnstitutunun morquna aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31