Gecə klubu belə yandı - VİDEO
26 Dekabr 2022 16:10 DünyaRusiyada, Vladivostokda dekabrın 25-i bazar gününə keçən gecə "Unique" gecə klubunda yanğın baş verib. Hadisə videoya çəkilib.
Olaylar.az Milli.Az-a istinadən bildirir ki, bu barədə "Baza" nəşri öz Telegram kanalında məlumat yayıb.
Yanğın gecə saat 2 radələrində çoxlu sayda ziyarətçinin kluba toplaşdığı vaxt başlayıb. Klub işçiləri alovlanan yanğını təkbaşına söndürə biliblər.
Yayımlanan videoya əsasən, ziyarətçilərin heç biri təxliyyə etmək fikrində olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31