Qorbaçovun qonşusu Barbara Buşun ona göndərdiyi məktubu satır - FOTO
26 Dekabr 2022 15:48 DünyaMoskvada Mixail Qorbaçovun keçmiş qonşusu Barbara Buşun 2003-cü ildə baş katibə göndərdiyi açıqcanı satır.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 2003-cü ildə Barbara Buşun Mixail Qorbaçova göndərdiyi açıqca qonşunun ünvanına çatdırılıb. Ailə məktubu özləri üçün saxlamağa qərar verib. Onlar uzun illər açıqcanı saxlayıblar, lakin ailənin başçısı M.Qorbaçovun ölümündən sonra məktubun satışı ilə bağlı elan verib.
Satıcı qiyməti 500 min rubl (təxminən 12 min manat - red.) təyin edib.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31