Təbriz yaxınlığında zavodda partlayış olub, yaralılar var

Bu gün yerli vaxtla 12:42-də İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz şəhəri yaxınlığında Azərşəhr şəhərində boya zavodunda partlayış baş verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan vilayəti Qırmızı Aypara Cəmiyyətinin icra direktoru Həmid Münəccim deyib.

H.Münəccimin sözlərinə görə, ilkin məlumatlara əsasən, hadisə nəticəsində təxminən 50 nəfər yaralanıb, yaralılardan 10-nun vəziyyəti ağırdır.

Münəccim əlavə edib ki, zavodda yanğınsöndürmə əməliyyatı davam edir.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31