ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatların sayını artırıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, dekabrda ABŞ Suriyada beynəlxalq terror təşkilatına qarşı əməliyyatların sayını artırıb. Bu barədə The Wall Street Journal məlumat yayıb. Ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi nəşrə müsahibəsində bildirib ki, bu ay ən azı 10 əməliyyat keçirilib, nəticədə sözügedən terror təşkilatının yaraqlıları saxlanılıb və zərərsizləşdirilib. Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun baş elmi işçisi Endryu Tabler iqtisadi problemlər və siyasi nizamlanmanın olmaması nəticəsində regionda terror təhlükəsinin artdığını deyib. Ekspertin fikrincə, Vaşinqton iqtisadi məsələlərə o qədər də əhəmiyyət vermir və bunun əvəzinə hərbi zərbələrə arxalanır. Eyni zamanda WSJ-də çıxış edən digər analitiklər də İŞİD-in yüksəlişini təkcə hərbi əməliyyatların dayandıra bilməyəcəyi qənaətindədirlər. Qruplaşmanın nümayəndələrindən biri Telegram kanalında yayımlanan audiomüraciətində  İslam Dövləti yaraqlı qruplaşmasının lideri Əbu əl-Həsən əl-Haşimi əl-Qureyişinin öldürüldüyünü xəbər vermişdi. Ardınca ABŞ hərbçiləri əl-Qureyşinin məhv edildiyini təsdiqləyərək əməliyyatın Suriyanın Azad Ordusu müxalifət hərəkatının qüvvələri tərəfindən həyata keçirildiyini qeyd ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31