26 yaşlı gənci küçənin ortasında GÜLLƏLƏDİLƏR - VİDEO

Türkiyənin Sakaraya bölgəsində 26 yaşlı gəncin ölümü ilə nəticələnən mübahisə baş verib.

Olaylar.az 32gun.az-a istinadən xəbər verir ki, gənclər arasında yaranan mübahisə birinin digərini silahla vurması ilə nəticələnib.

Dekabrın 20-si gecə saatlarında yaşanan qanlı olaydan sonra İbrahim Türer adlı gənc müalicə aldığı xəstəxanada həyatını itirib.

26 yaşlı gənci güllələyən şəxslərin hadisə yerindən qaçma anları, ətrafdakı təhlükəsizlik kameralarına yansıyıb. Polisin araşdırmaları nəticəsində  3 nəfər şübhəli müəyyən edilib. Onlardan ikisinin şəxsiyyəti bəlli olub. Onlar saxlanılaraq həbs edilib.

Caddenin ortasında kavga ettiği şahsı gözünü kırpmadan böyle öldürdü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31