Kiyevin Zaporojye zavoduna qarşı hərəkətləri fəlakətlə nəticələnə bilər - ÖZƏL
26 Dekabr 2022 13:59 Dünya"Kiyevin hərəkətləri Zaporojye Atom Elektrik Stansiyasına təhlükə yaradır və bu fəlakətlə nəticələnə bilər".
Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib."Ümumilikdə, biz Zaporojye Atom Elektrik Stansiyasının ətrafında təhlükəsizlik zonasının yaradılması ideyasının nəhayət həyata keçirilməsinə və nüvə obyektində fəlakət riskinin aradan qaldırılmasına əmin olmaq üçün əlimizdən gələni edirik. Ümid edirik ki, ağıl qalib gələcək. Ukraynada və Kiyevdə atom elektrik stansiyasını və onun infrastrukturunu təhlükəyə atmağın məsuliyyətsizlik olduğunu başa düşəcəklər, çünki bu cür hərəkətlər ən dağıdıcı nəticələrə gətirib çıxara bilər", - Qaluzin qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31