Tayvan ikinci Ukraynaya çevrilə bilər?- ÖZƏL
26 Dekabr 2022 12:05 DünyaOlaylar.az xəbər verir ki, Çində çoxları hesab edir ki, Qərb Rusiyaya, o cümlədən Ukraynaya qarşı ədalətsiz siyasət yürüdür. Çin Xalq Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Vanq Yiveynin sözlərinə görə, ABŞ və müttəfiqləri Ukrayna münaqişəsinin lap əvvəlindən Tayvanın növbəti Ukraynaya çevrilə biləcəyini iddia ediblər. Bu səbəbdən çinlilər qorxmağa başlayıbılar ki, Qərb Rusiyaya etdiyi kimi onların da ölkəsinə qarşı sanksiya tətbiq eləsin. Bu fonda bir çox çinlilər Çin və Rusiya Federasiyası arasında getdikcə daha çox ümumi maraqlar axtarırlar. İki ölkə arasında turizm, ticarət, investisiya, insanlar arasında mübadilə sahəsində əməkdaşlıq iqtisadi inkişaf üçün çoxlu imkanlar yarada bilər. Çin həmişə Ukrayna ilə bağlı neytral mövqedən çıxış edib. ÇXR-də insanların əksəriyyəti ümumi münaqişədə nə Moskvanın, nə də Kiyevin tərəfini tutmaq, kimisə günahlandırmaq istəmir, çinlilər isə Qərbin təbliğatına görə öz fikirlərini dəyişmək niyyətində deyillər.