Şaxta babanın xəz paltosu və əsası oğurlandı
26 Dekabr 2022 10:10 DünyaSankt-Peterburqda naməlum şəxs Şaxta baba obrazını canlandıran aktyorun avtomobilindən kostyum və əsasını oğurlayıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, aktyor hüquq-mühafizə orqanlarına müraciət edib.
Zərərçəkmiş bildirib ki, işə gedərkən ərzaq mağazasında dayanıb. Ərzaq almaq bir neçə dəqiqə çəkib, lakin qayıdandan sonra Şaxta babanın kostyumunun və əsasının maşında olmadığını görüb.
Hüquq-mühafizə orqanları hazırda şübhəliləri müəyyənləşdirir və itmiş əşyaları axtarırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31