"İranın silah zavodlarını məhv etməyə və komponentlərin tədarükçülərini həbs etməyə başlanılmalıdır" - Podolyak

Dünya ictimaiyyəti boş sanksiyalar əvəzinə İranın silah zavodlarını məhv etməyə və komponentlərin tədarükçülərini həbs etməyə başlamalıdır.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

O qeyd edib ki, İran Rusiyaya silah tədarükünün həcmini artırmağı planlaşdırır.

Podolyakın fikrincə, bununla Tehran bütün beynəlxalq sanksiyalar institutunu cəsarətlə aşağılayır.

"İşləməyən sanksiyalar" anlayışından, BMT-nin "işləməyən qətnamələr"indən imtina edərək, daha dağıdıcı vasitələrə - istehsal müəssisələrinin məhv edilməsinə və təchizatçıların həbsinə keçmək vacibdir", - o, Tvitterdə yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31