“Bütün bunları birləşdirsəniz, 2023-cü ildə davam edəcəyini söyləmək səhv olmaz” - Akar

2023-cü ildə Ukraynada münaqişə ABŞ və AB-nin Kiyevə dəstəyi sayəsində davam edəcək.

Olaylar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Ukrayna hərbçilərinin təliminə Qərb ölkələrinin büdcələrinə ayrılan pullar sərf olunur:

"Bütün bunları birləşdirsəniz, atəşkəs və sülh rejiminin yaradılması ilə bağlı bütün xoş niyyətlərimizə və arzularımıza baxmayaraq, bu müharibənin böyük ehtimalla 2023-cü ildə davam edəcəyini söyləmək səhv olmaz".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31