Canlı qüvvənin cəmləşdiyi 11 əraziyə zərbələr ENDİRİLDİ

Ukrayna Silahlı Qüvvələri gün ərzində Rusiya hərbçilərinin cəmləşdiyi ərazilərə zərbələr endirib.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

İki idarəetmə məntəqəsi, iki sursat anbarı və canlı qüvvənin cəmləşdiyi 11 əraziyə zərbələr endirildiyi bildirilib.

İtkilər barədə məlumat verilmir.

Bundan əlavə, Ukrayna tərəfi rusların Baxmut, Adveyevka və Liman istiqamətlərində irəliləməyə çalışdığını qeyd edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31