Ukraynaya 800 milyon dollar AYRILDI
23 Dekabr 2022 21:26 DünyaABŞ 2023-cü il üçün hərbi büdcəni təsdiq edib.
Olaylar.az sfera-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident Cozef Bayden qərar qəbul edib.
Belə ki, müvafiq sənəd Ağ Evin saytında yerləşdirilib.
Bildirilib ki, hərbi büdcə 858 milyard dollar müəyyən edilib.
Bunun 800 milyon dolları Ukrayna üçün ayrılıb.Rusiyanın Avropada fəaliyyətini məhdudlaşdırmaq üçün 6 milyard dollar da büdcəyə daxil edilib.
Həmçinin, Rusiya ilə hərbi əməkdaşlığa tətbiq edilən qadağa isə 5 il uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31